Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun əməkdaşları Bakıda “GLC International Education Fair” şirkətinin təşkil etdiyi Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər.
ADU-dan mətbuata bildirilib ki, çinli müəllimlər sərgi iştirakçılarına Konfutsi İnstitutunun fəaliyyəti, Çin dili kursları, institutun Çinin aparıcı universitetləri ilə semestr və illik tələbə mübadiləsi proqramları haqqında geniş məlumat veriblər.
Konfutsi İnstitutunun stendində Çin dilinin tədrisində ən müasir texnologiyaların tətbiqi nümayiş olunub. İştirakçılar Konfutsi İnstitutunun maddi-texniki bazası və elmi tədqiqatları, həmçinin institutun nəşr etdiyi metodiki vəsaitlər və proqramlar, milli Çin dili dərslikləri ilə tanış olublar.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov xalqlarımız araasında dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqi ilə yanaşı, Konfutsi institutlarının inkişafının dəstəklənməsinə də böyük əhəmiyyət verilir.
XQ