Rəqəmsallaşma və qanunvericilik

post-img

Muxtar respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rəqəmsallaşma və qanunvericilik” mövzusunda hibrid vebinar keçirib.

Toplantını giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Ələkbərli rəqəmsal cəmiyyət quruculuğ u, onun sosial-iqtisadi aspektləri, təhlü kəsizliyi, eləcə də gündəlik həyatımıza göstərdiyi təsirdən danışaraq bildirib ki, bu texnologiyalar müasir dünyamıza modern inkişaf gətirir. Muxtar respublikada da bu sahənin sürətli inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Muxtar respublika ədliyyə nazirinin müavini Hüseyn Səfərov vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində konstitusiyanın yaratdığı demokratik əsasların rolunu və önəmini qeyd edərək bildirib ki, Əsas qanun müstəqil dövlət anlayışının hüquqi ifadəsidir.

Vebinarın davamında hər iki nazirliyin əməkdaşları “Konstitusiya və Suverenlik İli” çərçivəsində konstitusiya normalarının tətbiqi, normayaratma prosesləri və suverenliyin müasir çağırışlara uyğun qorunması mövzusunda geniş diskussiya aparıblar. “Rəqəmsal inkişaf və dövlət”, “Tarixin izi ilə, Ali qanunun hazırlanması və Konstitusiya anlayışlar-mahiyyət”, “Konstitusiya nəzarət mexanizmi və normayaratma prosesində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin rolu”, “Suverən Azərbaycan Respublikası” və “Ədliyyə fəaliyyəti konstitusion əsasda, Konstitusiya və suverenlik hüquqi dövlət nəzdində” mövzularında təqdimatlar edilib, interaktiv müzakirə aparılıb.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat