Dövlət Məşğulluq Agentliyi ilə Mərakeş Krallığının İqtisadi İnklüzivlik, Kiçik Biznes, Məşğulluq və Bacarıqlar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məşğulluğun və Bacarıqların Təşviqi üzrə Milli Agentlik arasında əməkdaşlıq üzrə 2025–2026-cı illəri əhatə edən Fəaliyyət Planı imzalanıb.
Fəaliyyət Planının imzalanma mərasimi Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) tərəfindən Kot-d'İvuar Respublikasının Abican şəhərində keçirilən Dünya Konqresi çərçivəsində baş tutub.
Qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzalanan sənəd aktiv məşğulluq tədbirləri, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması peşə hazırlığı, işsiz şəxslərin, xüsusilə, gənclərin məşğulluq imkanlarının artırılması və karyera məsləhəti xidmətlərinin göstərilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, əməkdaşlıq çərçivəsində iki qurum arasında qarşılıqlı tanışlıq səfərlərinin, birgə tədbirlərin təşkil edilməsi də həyata keçiriləcək.
Zərifə BƏŞİRQIZI
XQ