Bölgələrdə 30 günərzi qayğı mərkəzi yaradılıb

post-img

Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında bölgələrdə 30 günərzi qayğı mərkəzi yaradılıb.

Yeni mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqların korreksiya, abilitasiya, bərpa və s. xidmətlərlə, psixoloji dəstəklə təminatı həyata keçirilir. Ümumilikdə, 900 uşağın bu mərkəzlərin xidmətləri ilə əhatə olunması, müxtəlif dərnəklər vasitəsi ilə onlarda özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün də işlər aparılması nəzərdə tutulub.

Günərzi qayğı mərkəzlərinin fəaliyyətə başlamasının məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, çətinlikləri olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir.

Zərifə BƏŞİRQIZI
XQ

 

Sosial həyat