Görüşdə ilk olaraq, Dövlət Komitəsinin aparat rəhbəri, İctimai şuraya şeçkilər üzrə Komissiyanın sədri Ceyran Rəhmətullayevanın seçkinin yekunlarına dair məlumatı dinlənilib. C. Rəhmətullayeva seçki prosesini uğurla apararaq şuraya üzv seçilən qeyri-hökumət təşkilatı nümayəndələrini təbrik edərək, şuranın yeni tərkibdə fəaliyyətinin də səmərəli və məqsədyönlü olacağına inamını ifadə edib.
Sonra gündəliyin əsas məsələləri müzakirə olunub. Heyət üzvləri arasında “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şuranın sədri, onun müavini və şuranın katibi vəzifələrinə seçilmək üçün səsvermə keçirilib.
Dövlət Komitəsindən aldığımız məlumata görə, iki il müddətinə fəaliyyət göstərəcək İctimai şuraya üzvlər arasından səs çoxluğu ilə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin nümayəndəsi Firuzə Rəsulova şuranın sədri, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova şuranın sədr müavini, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov şuranın katibi seçilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər.
Görüş müzakirələrlə davam edib.