Yanvar-may aylarında pensiya ödənişlərinə 2 milyard 954 milyon manat vəsait yönəldilib

post-img

Cari ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (261 mln. manat) çox olmaqla 2 mlrd. 954 mln. manat vəsait yönəldilib.

Nazirlik bildirir ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.  

Yanvar-may aylarında 21 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 159 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sosial həyat