Azərbaycanda dual peşə təhsil proqramı sahəsində bu, tələbənin tədris ili boyunca peşə təhsili müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil yanaşmasıdır - red) iştirak səviyyəsi ildən-ilə artır.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, 2024–2025-ci tədris ili üzrə dual sistemlə təhsilə 1273 tələbə cəlb olunmuşdursa, 2025–2026-cı tədris ili üçün bu göstərici 2160 tələbə səviyyəsində planlaşdırılır.
C.Kərəmov qeyd edib ki, dual təhsil modeli üzrə fəaliyyət göstərən regionlara Bakı, Sumqayıt, Gəncə, Şəki, Şamaxı, Bərdə, İmişli, Qəbələ, Cəlilabad, Xaçmaz, Qax, İsmayıllı, Balakən, Göyçay, Kürdəmir, Neftçala və digər bölgələr daxildir.
Direktor əlavə edib ki, 2022–2025-ci illəri əhatə edən dövrdə peşə təhsili üzrə, ümumilikdə, 62 təhsil proqramı hazırlanıb.
XQ