Kişi papağı, qadın örpəyi...

post-img

Hacıqabul Rayon Mədəniyyət Mərkəzində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi “Milli baş geyimi və örtükləri” layihəsi üzrə toplantı keçirib.

İctimai birliyin sədri Güllü Alıyeva bildirib ki, layihənin əsas məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin mühüm tərkib hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsidir.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Dövran Həsənov və digər şəxslər layihənin əhəmiyyətindən söz açıblar.

Tədbir çərçivəsində Azərbaycanın kişi və qadın baş geyimlərindən ibarət sərgi nümayiş olunub.

XQ

Sosial həyat