Şirvan Tarix-Diyarşünaslıq Muzeyində “Zəka, sənət, hərəkət – asudə vaxtın rəngləri” mövzusunda ustad dərsi keçirilib. Məlumatı Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşı verib.
Xəbərdə deyilir ki, 10–15 yaş aralığında uşaqların iştirak etdiyi tədbirdə ustad dərsi çərçivəsində rəssam Aynur Məmmədzadə iştirakçılara düyünlü batika texnikası üzrə təlim keçib. Təlim zamanı uşaqlar batika texnikasından istifadə edərək müxtəlif əl işləri hazırlayıblar.
XQ