Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə, bir nəfər “Azərbaycan Bayrağı”, iki nəfər 3-cü dərəcəli “Rəşadət”, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, 11 nəfər “Vətən uğrunda”, iki nəfər “İgidliyə görə”, 50 nəfər “Hərbi xidmətlərə görə” medalıları ilə təltif olunublar.

Dövlətimizin başçısının digər Sərəncamı ilə bir nəfərə “general-leytenant”, 2 nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.

Sosial həyat