Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Babək Vahid oğlu Qurbanova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Ceyhun Həsən oğlu Nəbiyevə
polkovnik Azər Əliyusif oğlu Şirinova.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2025-ci il