Bu aktiv məşğulluq tədbirində 20 işəgötürən tərəfindən 121 vakansiya təqdim olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın şəhərində növbəti əmək yarmarkası keçiriləcək.
Tədbir 29 oktyabr, 2025-ci il tarixində, saat 11:00-da Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Laçın" İstirahət Kompleksində təşkil olunacaq.
İstirahət Kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək.
Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Həmçinin, işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat veriləcək.
M.Kamal
XQ

