Gədəbəydə avtomobil yolları yenidən qurulur

post-img

Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev Gədəbəy şəhərində ardıcıl şəkildə həyata keçirilən abadlıq və quruculuq prosesinin gedişi ilə tanış olub. O, xüsusilə Rafiz Əliyev küçəsində avtomobil yolunun yenidən qurulması işlərinə baxış keçirib, görülən işlərin keyfiyyətlə və vaxtında tamamlanması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.       Qeyd etmək lazımdır ki, Gədəbəy kimi dağlıq və sərt relyefə malik bir rayon üçün keyfiyyətli yol infrastrukturu həyati əhəmiyyət daşıyır. Rayonun müxtəlif kənd və yaşayış məntəqələri bir-birindən uzaq, yollar isə çox vaxt qış aylarında çətin keçilən olur. Əhali arasında yaşlı insanlar çoxdur, habelə gündəlik gediş-gəliş, təcili tibbi yardımın çatdırılması və kənd təsərrüfatı məhsullarının daşınması üçün rahat yolun olması böyük zərurətdir. Yeni yollar həm insanların təhlükəsizliyini artırır, həm də rayonun sosial-iqtisadi inkişafına güclü təkan verir.

Bu baxımdan Gədəbəydə aparılan yol tikintisi və yenidənqurma işləri təkcə abadlıq tədbiri deyil, həm də rayonun həyat keyfiyyətini yüksəldən vacib bir addımdır.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

















Sosial həyat