Naxçıvan Dövlət Universiteti ilə Bayburt Universiteti arasında memorandum imzalanıb

post-img

Naxçıvan Dövlət Universitetində Bayburt Universitetinin rektoru ilə görüş keçirilib. Bu haqda XQ-yə universitetin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Görüşdə NDU-nun rektoru Elbrus İsayev və Bayburt Universitetinin rektoru Mutlu Türkmən iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Elbrus İsayev çıxışında akademik fəaliyyət sahəsində birgə platformaların qurulmasının, qarşılıqlı tədbirlərin keçirilməsinin  əhəmiyyətini qeyd edib. 

Mutlu Türkmən isə Bayburt Universitetinə müraciət edən azərbaycanlı tələbələrin say üstünlüyündən bəhs edib və bu baxımdan da əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir zamanı Bayburt Universitetinin Beynəlxalq Dədə Qorqud Mədəniyyət-Tədqiqat Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın qurulması, elmi- tədqiqat laboratoriyalarında birgə ortaq layihələrin həyata keçirilməsi, idman sahəsində əməkdaşlığın gücləndirilməsi, universitetlərarası idman yarışlarının, yay festivallarının, ortaq konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi məsələləri müzakirə olunub. 

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

 

 

 





Sosial həyat