Baş prokuror paytaxtın Pirallahı rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

post-img

Prezident İlham Əliyevin tapşırığına və tövsiyələrinə uyğun olaraq, vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev yanvarın 9-u saat 10:00-da Pirallahı Rayon Prokurorluğunun inzibati binasında paytaxtın Pirallahı və Xəzər rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların müraciətlərini dinləyəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, vətəndaşlar Pirallahı və Xəzər Rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Sosial həyat