Maştağada “Xəyal” bazarında nöqsanlar aşkarlanıb

post-img

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsi 1 nömrəli ünvanda fiziki şəxs Rəcəbli Xəyal Fikrət oğluna məxsus “Xəyal” bazarı və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.

Agentlikdən XQ-yə bildirilib ki, yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib. 

Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub. Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib.









Sosial həyat