Biləsuvarda şadlıq evində nöqsanlar aşkarlanıb

post-img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Biləsuvar rayonunun Nəsimi kəndində fəaliyyət göstərən, fiziki şəxs Samir Xeyrulla oğlu Xanverdiyevə məxsus “Nicat” şadlıq evində yoxlama keçiriblər.

Bu barədə XQ-yə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, obyektdə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, emal prosesində istifadə olunan suyun filtrdən keçirilmədiyi, işçi masaların korroziyaya davamlı və yuyulabilən materialla üzlənmədiyi, manqal yeməkləri hazırlanan sahədə sanitar-texniki tələblərin pozulduğu və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.







Sosial həyat