Biləcəridə elektrik enerjisinin verilişində fasilə yaranacaq

post-img

Aprelin 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq.

XQ-yə bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, yenidənqurma işi ilə əlaqədar saat 11:00-dan 15:00-dək Biləcəri qəsəbəsi yeni yaşayış massivi, ATV binalarının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 

Sosial həyat