Azərbaycanla Özbəkistan arasında məktəbəqədər və ümumi təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

post-img

Azərbaycan elm və təhsil naziri Emin Əmrullayevin Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin məktəbəqədər və ümumi təhsil naziri Ezazxon Kərimova ilə görüşüb.

Özbəkistan Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə tərəflər Azərbaycanla Özbəkistan arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, məktəbəqədər və ümumi təhsil sisteminin modernləşdirilməsi üçün əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Təhsil