ABŞ Polşaya 1,17 milyard avro dəyərində raket satışına icazə verib

post-img

ABŞ Polşaya 1,33 milyard dollar (1,17 milyard avro) dəyərində hava hücumundan müdafiə raketlərinin satışını təsdiqlədiyini açıqlayıb. Paketə 400 ədəd orta mənzilli “Hava-hava” raketləri - AIM-120D daxildir.

Məlumatı “Euronews” verib.

Bundan əlavə, Varşava idarəetmə sistemi, ehtiyat hissələri, nəqliyyat konteynerləri və raketlərə nəzarət etmək üçün lazım olan ABŞ proqram təminatına çıxış əldə edəcək.

ABŞ Dövlət Departamenti potensial satışı təsdiqləyib və ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) əlavə təsdiq üçün Konqresə lazımi bildirişlər təqdim etdiyini bildirib.

“Təklif edilən satış Polşa və müttəfiq qüvvələrin havadan müdafiəni təmin etməklə Polşanın cari və gələcək təhdidlərə qarşı durmaq qabiliyyətini artıracaq və ölkənin  NATO tələblərinə töhfəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”, - DSCA-nın bəyanatında deyilir.

 

P.ƏMİRCANOV

XQ

Dünya