İyunun 21-22-də Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİN) “İƏT Dəyişən Dünyada” mövzusunda 51-ci sessiyası keçiriləcək.
Məlumatı “Anadolu” verib.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, 40-dan çox xarici işlər nazirinin iştirakı gözlənilir.
Tədbirin əvvəlki sessiyalarla müqayisədə rekord sayda yüksək səviyyəli iştirakçı cəlb edəcəyi gözlənilir. Ümumilikdə 57 İKT-yə üzv dövlət, müşahidəçi ölkə və digər beynəlxalq təşkilatlardan 1000-ə yaxın nümayəndə İstanbula gələcək.
Hakan Fidan prezidentliyi Kamerunun xarici işlər naziri Lejeune Mbella Mbelladan təhvil alacaq və açılış nitqi ilə çıxış edəcək. Forumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı və çıxışı gözlənilir.
P.ƏMİRCANOV
XQ