Tramp iyunun 24-də NATO sammitinə qatılacaq

post-img

ABŞ Prezidenti Donald Tramp iyunun 24-də səhər NATO sammitinə yola düşəcək və toplantının əsas mövzularından biri üzv ölkələrin maliyyə öhdəliklərini yerinə yetirməsi olacaq. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavitt “Fox News”-a bildirib.

“Bəli, prezident sabah səhər NATO sammitinə uçur və əsas müzakirə mövzularından biri alyansın müdafiə xərcləri həddinin ÜDM-in 5%-nə çatdırılması olacaq”, - Leavitt bildirib.

O xatırladıb ki, Tramp çoxdan NATO müttəfiqlərini kollektiv təhlükəsizliyə daha çox töhfə verməyə çağırıb: “O, birinci müddətində bu məsələdə irəliləyiş əldə edib və siz onun Avropaya növbəti tarixi səfərində bu məsələni yenidən qaldıracağını eşidəcəksiniz”, - Leavitt əlavə edib. 

P.ƏMİRCANOV
XQ

Dünya