Ermənistan və Avropa İttifaqı təhlükəsizlik və müdafiə sahəsində məsləhətləşmələrə başlayıb. “Armenpress” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kalas ilə İrəvanda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Müdafiə və təhlükəsizlik sahəsində məsləhətləşmələrin başlanması əməkdaşlığımızın çərçivəsini müasir çağırışlara uyğunlaşdırmaq və onların öhdəsindən gəlmək üçün əlavə səylər göstərmək üçün mühüm addımdır. Bu kontekstdə Ermənistanın dayanıqlığının gücləndirilməsinə, demokratik təsisatların daha da inkişafına yönəlmiş əməkdaşlığı xüsusilə vurğulamaq istərdim”, - Mirzoyan bildirib.
O əlavə edib ki, yuxarıda qeyd olunanlar kontekstində onlar Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətini də qeyd ediblər və Avropa Sülh Fondu çərçivəsində Ermənistana yardım göstərilməsi məsələsini müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ