Peskov: KTMT-yə üzvlük Ermənistanın suveren qərarıdır

post-img

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü məsələsi ölkənin suveren qərarıdır və Kreml bu Zaqafqaziya respublikasının təşkilatın tamhüquqlu iştirakçısı olduğunu nəzərə alır. Bunu iyunun 30-da keçirdiyi brifinqdə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O qeyd edib ki, təşkilat dəfələrlə öz effektivliyini nümayiş etdirib və bu, onun dövlətlərin maraqlarına cavab verdiyindən xəbər verir.

“Belə olan halda, bu, Ermənistanın tamamilə suveren qərarıdır. KTMT-yə üzvlük Ermənistana müəyyən faydalar gətirir, müəyyən faydalar, birmənalı fayda gətirir”, - Peskov bildirib.

Bundan əlavə, o vurğulayıb ki, Rusiya Ermənistanın təşkilatdan çıxmadığını nəzərə alır və təşkilatda iştirakın dayandırılması və ya bərpası məsələsi Ermənistanın daxili işidir.

P.ƏMİRCANOV
XQ

Dünya