Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edəcək

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 14-də Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

XQ xəbər verir ki, qəbul saat 11.00-da Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının inzibati binasında (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti, 41) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinə ((050) 888 39 98, (021) 275 52 00, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Sosial həyat