Türkiyə və BƏƏ Mərkəzi bankıları arasında maliyyə əməkdaşlığının genişləndirilməsi və ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlmiş üç saziş imzalanıb. Məlumatı “Anadolu” verib.
Türkiyə Mərkəzi Bankından verilən açıqlamaya görə, iki bank arasında 198 milyard türk lirəsi və 18 milyard BƏƏ dirhəmi dəyərində ikitərəfli valyuta sazişi bağlanıb.
Bundan əlavə, iki anlaşma memorandumu imzalanıb: birincisi transsərhəd hesablaşmalarda milli valyutalardan istifadənin stimullaşdırılmasını, ikincisi hər iki ölkənin ödəniş və informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutur.
Sənədlər tərəflərin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan və Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankının sədri Xalid Məhəmməd Balama tərəfindən imzalanıb.
Bəyanatda qeyd olunub ki, sazişlər transsərhəd maliyyə və ticarət əməliyyatlarını sadələşdirmək, milli valyutalarda likvidliyi təmin etmək və bununla da iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
P.Əmircanov
XQ