Peter Macar Brüsseldə “məhsuldar” görüşlər keçirib

post-img

Macarıstanın gələcək baş naziri Peter Macar Brüsseldə “məhsuldar” görüşlər keçirib. O, Budapeştə çatmalı olan milyardlarla Avropa İttifaqı vəsaitini geri qaytarmağa çalışır.

Məlumatı “Euronews” verib. 

Çərşənbə günü Brüsseldə keçirilən bir sıra yüksək səviyyəli görüşlərdən sonra o bildirib ki, Aİ vəsaitləri yaxın gələcəkdə Macarıstana ayrıla bilər.

Macar 12 aprel seçkilərində qələbə qazandıqdan sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə görüşüb. Onlar korrupsiya və qanunun aliliyi ilə bağlı narahatlıqlar səbəbindən hazırda dondurulmuş milyardlarla avroluq Aİ maliyyələşdirmə paketlərinin açılması üçün addımları müzakirə ediblər.

Macarıstan avqust ayına qədər razılığa gələ bilməsə, pandemiyadan sonrakı iqtisadi dəstək fondlarındakı təxminən 10 milyard avronu itirmək riski daşıyır. Macar vəzifəyə başladıqdan dərhal sonra, 25 mayda rəsmi səfərlə Brüsselə gedəcək.

Bundan əlavə, Macarıstan Avropa Komissiyası tərəfindən təxminən 16 milyard avro dəyərində aşağı faizli Avropa kreditləri ilə maliyyələşdiriləcək SAFE adlı genişmiqyaslı müdafiə planının təsdiqini gözləyən yeganə Aİ dövlətidir. 

P.ƏMİRCANOV
XQ

Dünya