ABŞ Prezidenti Donald Tramp NATO üzrə müttəfiqi Almaniyaya qarşı yeni təhdid səsləndirərək, tezliklə oradakı Amerika hərbi mövcudluğunu azalda biləcəyini bildirib. Bu açıqlama ABŞ-İsrail müharibəsi ilə bağlı Almaniya kansleri Fridrix Merts ilə fikir ayrılıqları fonunda verilib.
Məlumatı “Euronews” yayıb.
Bu həftənin əvvəlində Merts Vaşinqtonun İran rəhbərliyi tərəfindən “alçaldıldığını” söyləyib və Vaşinqtonun müharibədə strategiya çatışmazlığını tənqid edib.
Tramp çərşənbə günü sosial media paylaşımında bildirib ki, “Amerika Birləşmiş Ştatları Almaniyadakı qoşunlarının azaldılması imkanını nəzərdən keçirir və qərar yaxın qısa müddət ərzində veriləcək”.
Qeyd edək ki, Vaşinqtonun Almaniyada bir neçə böyük hərbi obyekti var, o cümlədən ABŞ-ın Avropa və Afrika Komandanlıqlarının qərargahı, Ramsteyn Hava Bazası və ABŞ-dan kənarda ən böyük Amerika xəstəxanası olan Landstuhl Regional Tibb Mərkəzi bu ölkədə yerləşir.
P.ƏMİRCANOV
XQ

