ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner bu həftə Mayamidə Ukrayna Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Rüstəm Umerovla danışıqlar apara bilərlər.
Məlumatı “İnterfaks.ru” verib.
“Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyətinin bu həftənin sonlarında danışıqlar aparmaq üçün Mayamiyə gəlməsi gözlənilir", - deyə açıqlamada bildirilir.
Ağ Ev nümayəndəsinə və mənbəyə istinadən bildirilir ki, ABŞ və Rusiya nümayəndə heyətləri gələn həftəsonu Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar apara bilər. Rusiya tərəfini RF prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin təmsil edəcəyi gözlənilir: “Trampın müşavirləri Putinin elçisini Amerika və Ukrayna rəsmiləri arasında danışıqlarda əldə edilən irəliləyişlər barədə məlumatlandıracaq və Rusiya hökumətini müharibəyə son qoymaq üçün yenilənmiş təklifə razı salmağa çalışacaqlar."
Məlumata görə, “hazırda ABŞ, Ukrayna və Rusiya rəsmiləri arasında üçtərəfli görüş üçün heç bir plan yoxdur”.
P.ƏMİRCANOV
XQ

