G7 ölkələri enerji bazarında sabitliyi qorumaq üçün əlaqələndirilmiş tədbirlər görmək üçün zəruri tədbirlər görməyə hazır olduqlarını bildiriblər. Lakin hazırkı mərhələdə heç bir konkret tədbir elan edilməyib.
Məlumatı “Euronews” verib.
G7 enerji və maliyyə nazirləri bazar ertəsi günü bildiriblər ki, onlar İrandakı müharibənin enerji və əmtəə bazarlarına, inflyasiyaya və ümumi iqtisadi sabitliyə təsirini yaxından izləyirlər. Həmin gün yayımlanan bəyanata görə, onlar enerji bazarlarının təhlükəsizliyini və sabitliyini təmin etmək üçün “hər hansı zəruri tədbirləri” görməyə hazırdırlar.
Bəyanatda deyilir: “Enerji bazarının sabitliyini və təhlükəsizliyini qorumaq da daxil olmaqla, tərəfdaşlarımızla sıx əlaqələndirmə şəraitində bütün zəruri tədbirləri görməyə hazırıq. Nəticələrin azaldılması və makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlaqələndirilmiş beynəlxalq fəaliyyətin vacibliyini qəbul edirik”.
G7 liderləri heç bir konkret addım barədə razılığa gəlməsələr də, bugünkü müzakirələr Avropa enerji nazirlərinin sonrakı qiymətləndirmələrinə yardım edəcək.
P.ƏMİRCANOV
XQ

