Kaya Kallas Kiyevə gəlib

post-img

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və bəzi Avropa ölkələri nazirləri Kiyevə gəliblər. Məlumatı “Anadolu” verib. 

Onları Ukraynanın XİN başçısı Andrey Sibiqa qarşılayıb: “Kiyevə xoş gəlmisiniz, əziz avropalı dostlar, Kaya Kallas və digər avropalı nazirlər!

Bu gün biz Buça qırğınının faciəli ildönümünü qeyd edirik. Həmin gün qətlə yetirilmiş mülki şəxslərin dəhşətli görüntüləri dünyanı sarsıtdı. Bu gün Avropanın bu qədər güclü iştirakı bu vəhşiliklərə qarşı ədalətin qaçılmaz olduğunu göstərir”.

Nazir qeyd edib ki, düz dörd il əvvəl Ukrayna qoşunları Kiyev vilayətini və digər rayonları azad etməyə başlayıb.

P.ƏMİRCANOV
XQ

Dünya