Suriyada yeni əskinaslar dövriyyəyə buraxılıb

post-img

Suriya Prezidenti Əhməd əl-Şaraa köhnə lider Bəşər Əsəd və ailəsinin şəkillərinin olduğu köhnə əskinasları əvəz etmək üçün yeni əskinasları təqdim edib. Bu barədə “Sana” xəbər agentliyi məlumat yayıb.

Nəşrdə deyilir: “Prezident əl-Şaraa və Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir Xusriyə yeni əskinasları təqdim etdilər. Prezident denominasiyanın Suriya üçün bir dövrün sonu və yeni bir mərhələnin başlanğıcı olduğunu bildirib və köhnə valyutadan sıfırların çıxarılması əməliyyatları asanlaşdırsa da, özlüyündə iqtisadiyyatı yaxşılaşdırmadığını vurğulayıb”.

RBK-nin məlumatına görə, üzərində Bəşər Əsəd və atasının əvəzinə zeytun, qızılgül, buğda və portağal təsvir olunmuş yeni əskinaslar 1 yanvardan dövriyyəyə buraxılacaq.

P.ƏMİRCANOV
XQ

Dünya