Rubio: ABŞ Venesuelanı idarə etməyəcək

post-img

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton neft blokadaları vasitəsilə Venesuelada siyasət dəyişikliyinə təsir göstərməyə çalışacaq, lakin şənbə günü prezident Maduronu devrilməsi ilə bağlı əməliyyatdan sonra ölkənin gündəlik idarəçiliyində iştirak etməyəcək.

Məlumatı “Euronews” verib. 

Rubio bildirib ki, ABŞ Maduronu devirmək və ələ keçirmək əməliyyatından sonra “neft karantini” tətbiq etməkdən başqa Venesuelanı gündəlik idarə etməyəcək.

Rubio deyib: "Prezident bu barədə danışarkən məhz bu cür nəzarətdən bəhs edir. Biz karantinə riayət etməyə davam edirik və təkcə neft sənayesinin idarə olunmasında deyil, həm də narkotik ticarətinə son qoyulmasında dəyişikliklərin baş verəcəyini gözləyirik”.

O əlavə edib ki, neft tankerlərinin blokadası “qüvvədə qalır və bu, təkcə ABŞ-ın milli maraqlarına uyğun gələn və Venesuela xalqı üçün daha yaxşı gələcəyə aparan dəyişiklikləri görənə qədər qüvvədə qalacaq böyük bir təsir vasitəsidir”.

P.ƏMİRCANOV
XQ

Dünya