Danimarka Trampı hədələrdən əl çəkməyə çağırıb

post-img

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampı Qrenlandiyanı ələ keçirməklə hədələməkdən çəkinməyə çağırıb. Məlumatı “İnterfaks.ru” yayıb. 

Baş nazir rəsmi saytında dərc olunmuş açıqlamada bildirib: “ABŞ-ın Qrenlandiyanı ələ keçirmək istədiyini deməyin heç bir mənası yoxdur. ABŞ-ın Danimarka Krallığının üç hissəsindən heç birini ilhaq etmək hüququ yoxdur”.

O qeyd edib ki, Qrenlandiya Danimarkanın bir hissəsi olaraq NATO-nun da bir hissəsidir və Şimali Atlantika alyansının təhlükəsizlik zəmanətləri ilə əhatə olunur.

Frederiksen xatırladıb ki, Danimarka ilə ABŞ arasında Vaşinqtona Qrenlandiyaya geniş çıxış imkanı verən müdafiə müqaviləsi mövcuddur: “Bundan əlavə, krallıq Arktikada təhlükəsizliyin təmin edilməsinə əhəmiyyətli dərəcədə sərmayə qoyub".

Frederiksen əlavə edib: “Buna görə də mən ABŞ-ı tarixən yaxın müttəfiqə, eləcə də satılmaq istəmədiyini bəyan edən başqa bir ölkəyə qarşı təhdidləri dayandırmağa çağırıram”.

P.ƏMİRCANOV
XQ

Dünya