Əfqanıstanda güclü zəlzələ olub

post-img

Əfqanıstanda Hinduquş dağlarında 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

XQ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ ocağı 87 km dərinlikdə yerləşib.

ESMC-nin məlumatına görə, episentr təxminən 108 min nəfərin yaşadığı Bağlan şəhərindən 111 km cənub-şərqdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Dünya