Macarıstan hökuməti vətəndaşlarını Yaxın Şərq regionuna planlaşdırılan səfərlərinin təxirə salınmasını tövsiyə edir

post-img

Macarıstan hökuməti vətəndaşlarını Yaxın Şərq regionuna planlaşdırılan səfərlərinin təxirə salınmasını tövsiyə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto açıqlamasında bildirib.

Nazir xüsusilə vurğulayıb ki, İsrail və İranda yaşayan Macarıstan vətəndaşları dərhal konsulluqda qeydiyyatdan keçməlidirlər. Bu addım fövqəladə vəziyyət yarandığı halda vətəndaşlara daha sürətli yardım göstərilməsinə imkan verəcək.

Peter Siyarto, həmçinin qeyd edib ki, o, İsrailin xarici işlər naziri Qideon Saar ilə telefon danışığı aparıb və son saatlarda baş verən hadisələr barədə məlumat alıb.

Dünya