Aİ Şurasının prezidenti: Tərəfləri mülki əhalini qorumağa və beynəlxalq hüquqa tam riayət etməyə çağırırıq

post-img

Avropa İttifaqı (Aİ) İrandakı vəziyyətlə bağlı birgə bəyanat yayıb.

Aİ Şurasının prezidenti Antonio Koştanın X hesabında paylaşdığı məlumatda İranla bağlı vəziyyətin ciddi narahatlıq doğurduğu, regiondakı tərəfdaşlarla sıx əlaqələrin davam etdirildiyi bildirilib.

“Biz regional təhlükəsizliyin və sabitliyin qorunmasına sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik. Nüvə təhlükəsizliyinin təmin edilməsi və gərginliyi daha da artıracaq, eləcə də qlobal nüvə silahlarının yayılmaması rejimini zəiflədə biləcək hər hansı addımların qarşısının alınması kritik əhəmiyyət kəsb edir”, - deyə bəyanatda qeyd olunub.

“Biz Aİ-yə üzv dövlətlərlə sıx koordinasiya şəraitində regiondakı İttifaq vətəndaşlarının tam dəstəyə arxalana bilməsi üçün bütün zəruri addımları atacağıq. Bütün tərəfləri maksimum təmkin göstərməyə, mülki əhalini qorumağa və beynəlxalq hüquqa tam riayət etməyə çağırırıq”, - deyə bildirilib.

XQ

Dünya