ABŞ və İsrail rəhbərliyi İrana qarşı hərbi əməliyyata hələ bir həftə əvvəl — ilkin olaraq 21-22 fevral tarixlərində başlamağı planlaşdırsalar da, bəzi əməliyyat səbəblərinə görə bu planı təxirə salıblar.
XQ xəbər verir ki, bu barədə "Axios" portalı hər iki ölkənin rəsmi mənbələrinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, gecikmə hərbi təyyarələr üçün əlverişsiz hava şəraiti, eləcə də ABŞ və İsrail silahlı qüvvələri arasında koordinasiyanın gücləndirilməsi zərurəti ilə əlaqədardır. "Axios"un mənbələri qeyd edir ki, əməliyyatın təxirə salınması Vaşinqtona Tehrana qarşı diplomatik və hərbi variantlar arasında seçim etmək üçün əlavə vaxt qazandırıb.

