UEFA Çempionlar Liqasında yarımfinal

post-img

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha 2 oyunu keçirilib. Almaniynın “Bavariya” komandası İspaniyanın “Real” klubunu qəbul edib. Maraqlı keçən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 4:3. Əvvəlki görüşdə də 2:1 hesabı ilə qalib gələn Almaniya klubu yarımfinala yüksəlib.

İngiltərədə keçirilən digər oyunda “Arsenal” – “Sportinq” (Portuqaliya) görüşündə qapılara top vurulmayıb – 0:0. İlk oyunda 1:0 hesabı ilə qalib gələn ingilis klubu yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinalda “Bavariya” Fransanın PSJ, “Arsenal” isə İspaniyanın “Atletiko Madrid” klubu ilə qarşılaşacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman