İngiltərədə hərbi helikopter qəzası baş verib, üç əsgər həlak olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Devon bölgəsində keçirilən təlim uçuşu zamanı Kral Dəniz Qüvvələrinə aid helikopterin qəzaya uğraması nəticəsində üç hərbçi həyatını itirib.

XQ xarici mediaya istinadla xəbər verir ki, hadisə təlim məşqi zamanı baş verib.

Kral Dəniz Qüvvələrinin nümayəndəsi qəzanın helikopterlə bağlı olduğunu təsdiqləyib. O, həmçinin bildirib ki, həlak olan hərbçilərin ailələri artıq məlumatlandırılıb və istintaq tamamlanana qədər əlavə detallara dair açıqlama verilməyəcək.

Hərbi Dəniz Qüvvələrinin rəhbərliyindən general Ser Qvin Cenkins bildirib ki, qəzaya uğrayan hava vasitəsi Somersetdə yerləşən RNAS Yeovilton bazasından idarə olunan Merlin Mk4 tipli helikopter olub. Hadisə ilə bağlı araşdırma başladılıb.

Dünya