Qırğızıstan BMT Təhlükəsizlik Şurasında təmsil olunacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi

XQ xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının səsverməsinin nəticələrinə əsasən, Qırğızıstan 2027–2028-ci illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin dördüncü və sonuncu turunda Qırğızıstan 142 ölkənin dəstəyini qazanıb. Onun rəqibi olan Filippin isə 49 səs toplayıb.

Beləliklə, Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasında təmsil olunacaq.

2027-ci il yanvarın 1-dən etibarən Avstriya, Zimbabve, Portuqaliya və Trinidad və Tobaqo da Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri kimi fəaliyyətə başlayacaqlar.

Bu ölkələr 2026-cı il dekabrın 31-də səlahiyyət müddəti başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.

Dünya