ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə yenidən zərbə endirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik daşınmasında istifadə edildiyi iddia olunan bir gəmiyə zərbə endirib.

XQ-nin məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” platformasında açıqlama yayıb.

Bildirilir ki, əməliyyat nəticəsində iki narkotik qaçaqmalçısının öldüyü qeyd olunur.

SOUTHCOM komandanı general Frensis Donovanın əmri ilə “Cənub nizəsi” adlı birgə əməliyyat qrupu iyunun 3-də həmin gəmiyə hücum həyata keçirib. Kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərqində narkotiklərin məlum marşrutlar üzrə daşınmasında istifadə olunduğunu təsdiqləyib.

Məlumata əsasən, əməliyyat zamanı ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, bundan əvvəl “New York Post” ABŞ hərbçilərinin Cənubi Amerika sahillərində həyata keçirdiyi oxşar əməliyyatlar nəticəsində 200-dən çox insanın öldüyü barədə məlumat yaymışdı.

Dünya