Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
XQ xəbər verir ki, aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır.

