Pakistanda qaz kəmərində partlayış: 8 nəfər ölüb

post-img

Pakistanın Xayber Paxtunxva əyalətinin Haripur şəhərində qaz boru kəmərinin partlaması və sonradan baş verən yanğın nəticəsində səkkiz nəfər həlak olub. 

Məlumatı “Anadolu” verib. 

“Dawn” qəzetinin məlumatına görə, partlayış axşam saatlarında Xattar sənaye zonasındakı zavodun yaxınlığındakı qaz xəttində baş verib. Yanğın nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər həlak olub, 11 nəfər yaralanıb. Yanğının səbəbi hələlik müəyyən edilməyib. Zərərçəkənlər yaxınlıqdakı tibb müəssisələrinə aparılıblar.

Hakimiyyət orqanlarının məlumatına görə, yanğın hadisə yerindən təxminən 200 metr aralıda yerləşən yaşayış binalarına da yayılıb. Qaz təchizatının kəsilməsinə baxmayaraq, alov azı iki saat davam edib və bu da onun söndürülməsini çətinləşdirib.

Yanğın hazırda söndürülüb və hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

 

Dünya