İstanbulda Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyanla Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş başlayıb.
XQ xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.

