Braziliyada təyyarə binaya çırpılıb, 3 nəfər ölüb

post-img

Braziliyanın Belu-Orizonti şəhərində təyyarə qəzası baş verib.

XQ xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, təyyarənin binaya çırpılması nəticəsində hər iki pilot və bir sərnişin həlak olub. Təyyarədə ümumilikdə 6 nəfər olub. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.

Dünya