Tehrandakı ticarət mərkəzində yanğın: 8 nəfər ölüb

post-img

İranın paytaxtı Tehranın qərbindəki “Ərgüvan” ticarət mərkəzində dünən səhər baş verən yanğın nəticəsində səkkiz nəfər həlak olub.

Məlumatı “Anadolu” yayıb. 

İran dövlət televiziyası Şəhriyar rayonundakı ticarət mərkəzində baş verən hadisənin təfərrüatlarını yayımlayıb. Məlumata görə, yanğın nəticəsində səkkiz nəfər həlak olub, 36 nəfər isə yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Yanğının səbəbi hələlik rəsmi olaraq müəyyən edilməyib. Şəhriyarın baş və inqilab prokuroru məsələ ilə bağlı araşdırma başlandığını elan edib.

P.ƏMİRCANOV
XQ 

Dünya