BDU-da “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

post-img

Oktyabrın 18-də əhalinin tullantıların düzgün idarəolunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq edilməsi, gənclərin ekoloji fəaliyyətlərdə fəal iştirakının təşviq olunması məqsədilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.

XQ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BDU-nun, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka,10 litr tutumu olan şüşə butulka və ya banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edə bilərlər.

Festival çərçivəsində iştirakçılar tullantıları təhvil verərək həm ekoloji mədəniyyətin təşviqinə töhfə verəcək, həm də interaktiv fəaliyyətlərdə iştirak edə biləcəklər.

Festival universitetin əsas girişində saat 12:00-dan 14:00-dək keçiriləcək.

 

Ekologiya