18 aprel tarixində Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Nazirliyi ədəbiyyat, nəşriyyat və tərcümə komissiyasının nümayəndəsi Əhməd Tabaji Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Qonağı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.
Söhbət zamanı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs olunub.
Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaq kitabxananı çox bəyəndiyini söyləyib.
Sonda direktor prof. Kərim Tahirov qonağa Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan”, Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” kitablarını və Azərbaycan xəritəsini hədiyyə edib.