Bakı şəhərində soyğunçuluq edən 3 nəfər saxlanılıb

post-img

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, 2 naməlum şəxs bir evə daxil olaraq qəsəbə sakininə məxsus seyfdən 1100 manat pul və 14400 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talayıb.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Suraxanı RPİ 32-ci bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı F.Omarova və daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.

Yasamal rayonunda isə paytaxt sakininə fiziki zor tətbiq edərək ona məxsus pul kisəsini talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı E.Qəhramanov da saxlanılıb.

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə